Accessibility links

Pakistanın Quetta yoxlanış məntəqəsində intiharçı hücumları həyata keçirilib


Pakistan hərbi qüvvələrinin bildirdiyinə görə, Bəlucistan vilayətinin Quetta yoxlanış məntəqəsi yaxınlığındakı iki intiharçı hücumu azı 7 nəfərin ölümünə səbəb olub. Rəsmilər birinci bombanın yoxlanış məntəqəsindən keçmək üçün növbədə dayanmış maşınların yaxınlığında, ikinci partlayışın isə insanların partlayışa baxmaq üçün toplaşdığı vaxt həyata keçirildiyini deyirlər.

Qeyd edək ki, Pakistanın qeyri-sabit Bəlucistan vilayətində müntəzəm şəkildə həyata keçirilən hücumlara görə Baluc Millətçi Qrupu günahlandırılır. Qrup mərkəzi hökumətdən daha artıq muxtariyyət və regiondakı qaz və neft gəlirlərindən daha artıq pay uğrunda mübarizıə aparır.

XS
SM
MD
LG