Amerika Birləşmiş Ştatları və Çin Pekinin ticarət artığı ilə bağlı mübahisələr də daxil edilməklə, iki günlük ticarət müzakirələrini başa vurub. Pekində keçirilən "Çin-ABŞ iqtisadi strategiya dialoqu" adlanan görüşün sonunda bəyanat verilib.
ABŞ-ın maliyyə naziri Henri Polson deyib ki, tərəflər iqtisadi millətçilik və proteksionizmlə mübarizəyə ehtiyac olduğunu qəbul ediblər. Çinin ticarət müzakirəçisi, ölkənin baş nazir müavini Vu Yu görüşü uğurlu adlandıraraq, ərzaq mallarının təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və qloballaşma kimi məsələlərin müzakirəsində nailiyyət əldə edildiyini bildirib.