Accessibility links

Amerikada müəllimlərin əmək haqları və tədris sistemləri


Birləşmiş Ştatlarda elmi dərəcəsindən asılı olmayaraq, hətta kollec müəliminə də professor deyirlər. Bu professorlar isə vəzifəcə 3 hissəyə bölünür. Tam professor, professor, və professor yardımçısı. Biz Yüksək Təhsil Təşkilatının nəşr etdiyi almanaxa nəzər saldıq. Hesabat göstərir ki, keçən il tam professorların illik orta əmək haqqı 99 min dollar olub. Professorlar 70 min dollarla kifayətlənib. Professor yardımçılarının illik qazancı isə 59 min dollar olub. Qeyd edek ki, bu rəqəmlər brüttodur. Professorlar da aldıqları maaşdan federal, ştat və yerli verqiləri ödəyir. Onların maaşından buna əlavə olaraq pensiya və ictimai təminatla əlaqədar miqdarlar tutulur. Amerikada özəl, müstəqil məktəblər dövlət universitetləri və kolleclərinə nisbətdə daha çox pul ödəyir. Bəs professorlar digər peşələrlə necə müqayisə olunur. Bunun üçün Əmək Statistikası Bürosunun son rəqəmlərinə baxaq.

Professor köməkçiləri keçən il biznes və maliyyə əməliyyatları işçiləri ilə eyni səviyyədə pul qazanıblar. Ancaq onlar kompüter proqramistləri ilə nisbətdə 10 min dollar az pul əldə ediblər. Birləşmiş Ştatlarda ən çox qazanan qrup idarəçilərdir. Keçən il onların orta əmək haqqı 92 min dollar olub. İkinci yerdə 85 min dollarla hüquqşunaslar və digər qanun işçiləridir. Dinləyicimiz gəlirlərə əlavə olaraq tibbi sığortası və təqaüd planları haqda maraqlandığını da bildirib. Gəlirlər məktəbdən məktəbə fərqlidir. Xronoloji almanax göstərir ki, xarici dil üzrə yenicə işə başlamış professor yardımçısı keçən il 48 min dollar qazanıb. Bu bütün təhsil işçilərini milli orta göstəricisindən azca çoxdur. Ancaq orta göstəricilər her şeyə aydınlıq gətirmir. Salli Hadden Tallahasidəki Florida Ştat Universitetində hüquq və tarix üzrə professordur. Onun sözlərinə görə, dil professorları mühəndislik kimi sahələrə nisbətən az qazanc əldə edir. Ancaq bu günlərdə ərəb dili daxil olmaqla bəzi dil müəllimləri ispan dilinə nisbətdə daha çox pul qazanırlar. Universitetlər onlar üçün hökumət və şirkətlərlə rəqabət aparır. Professor Hadden vurğulayıb ki, ölkənin müxtəlif yerlərindəki kolleclər fərqli əmək haqqı verirlər. Bəzi ştatların güclü həmkarlar ittifaqı professorların gəlirlərinin artırılması barədə danışıqlar aparıb. Birləşmiş Ştatlarda həmçinin məktəblərdə professorların bacarıqlarına da qiymət verilməsi fərqlidir. İki illik kollecler və liberal incəsənət kollecləri böyük araşdırma universitetlərilə müqayisədə daha çox müəllimlərin öyrətmə bacarıqlarını dəyərləndirilər.

Reportajın 2-ci hissəsi sabah (15.12.2007) təqdim olunacaq

XS
SM
MD
LG