Accessibility links

ABŞ və Britaniya NATO müttəfiqlərini Əfqanıstanda daha da güclənməyə çağırıb


ABŞ və Böyük Britaniya müdafiə rəsmiləri NATO-dakı müttəfiqlərini Əfqanıstanda sabitliyə nail olmaq üçün fəaliyyətlərini genişləndirməyə çağırıb. Şotlandiya paytaxtı Edinburqda keçirilən danışıqların ikinci günündə Britaniyanın müdafiə naziri Des Braun Əfqanıstandakı uğurun beynəlxalq səylərdən asılı olduğunu deyib. ABŞ müdafiə naziri Robert Qeyts danışıqlara bu gün qoşulub. Danışıqlar zamanı NATO müdafiə nazirləri qurumun Əfqanıstanda nə etməsi və ölkələrin nə üçün bu missiyanı dəstəkləməli olmasını izah edən sənəd üzərində işləyirlər. Həm Qeyts, həm də Braun Əfqanıstanın cənubunda artan Taliban yaraqlıları ilə mübarizədə daha çox ləvazimat, qoşun və təlimlərə ehtiyac olduğunu bildiriblər.
XS
SM
MD
LG