Accessibility links

Bali konfransında iqlim dəyişikliyi haqda yeni müqaviləyə dair razılıq əldə edilib


BMT-nin sponsorluğu ilə Balidə keçirilən konfransının nümayəndələri 2009-cu ilə qədər qlobal istilşməyə dair yeni razılığın müzakirə edilməsi üçün plan haqda razılığa gəliblər. “Bali yol xəritəsi” adlanan plan gələn ildən başlayaraq havaya atılan tullantıların azaldılması haqda müzakirələr məqsədilə silsilə görüşlərin keçirilməsi və Kioto protokolunun müddətinin başa çatacağı 2012-ci ilə qədər bütün ölkələrin yeni müqaviləni ratifikasiya etməsini nəzərdə tutur. Balidə qəbul edilmiş sənəddə qlobl iqlim dəyişikliyi probleminin təcili həll edilməsi lazım olan bir məsələ olduğu göstərilir. Birləşmiş Ştatların təzyiqləri nəticəsində sənəddə 2020-ci ilə qədər dünyanın zəngin ölkələrinin qaz emissiyalarının azıltması tələb olunmur.
XS
SM
MD
LG