Accessibility links

Türkiyə İraqın şimalına hava hücumu təşkil edib


Türkiyə ordusunun bildirdiyinə görə, ölkənin qırıcı təyyarələri kürd yaraqlılarının İraqın şimalındakı hədəflərinə hücum edib. Qırıcılar PKK-nın Türkiyə ilə sərhəddə olan Qandil dağındakı bazalarını hədəfə alıb. Ordunun açıqlamasında əməliyyatların davam etdiriləcəyi deyilir. İraq rəsmilərinin sözlərinə görə isə, bu gün səhər türklərin 10 kürd kəndinə etdiyi hava hücumu nəticəsində 1 qadın həlak olub, digər 2 nəfərsə yaralanıb. Türkiyə son aylar PKK yaraqlıları ilə mübarizə aparmaq məqsədilə sərhədlərini keçərək hərbi əməliyyatlar təşkil edir. Rəsmi Ankara yaraqlıları İraqın simalındakı bazalarından istifadə edərək Türkiyənin cənub-şərqinə hücumlar etməkdə günahlandırır.
XS
SM
MD
LG