Accessibility links

Azərbaycanın İrandakı səfiri İranın xarici işlər nazirliyinə çağırılıb


İran agentlərinin dövlət çevrilişi cəhdlərinə yardım etdiyinə dair ittihamların əsassız olduğunun çatdırılması məqsədi ilə Azərbaycanın İrandakı səfiri İranın xarici işlər nazirliyinə çağırılıb. Qeyd edək ki, keçən həftə Azərbaycan məhkəməsi İranın kəşfiyyat orqanı ilə əməkdaşlıq ittihamı ilə 15 nəfərin həbsinə dair hökm çıxarmışdı. İranın xarici işlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bildirib ki, Azərbaycan hökuməti bu ittihamları ya sübut etməli, ya da onlara görə üzr istəməlidir. Sözçü İranın qonşuları ilə münasibətlərini pozmağa çalışan xarici düşmənləri tənqid edib.

XS
SM
MD
LG