Accessibility links

Parisdə fələstinlilərə yardım məqsədilə donor konfransı keçirilir


Parisdə dünyanın 90 ölkəsinin iştirakı ilə fələstinlilərin hökumətinə maliyyə yardımı göstərmək və İsraillə sülh danışıqlarının bərpasını dəstəkləmək məqsədilə donor konfransı keçirilir. Donor ölkələr keçən ay ABŞ-ın sponsorluğu ilə Annapolis şəhərində keçirilən danışıqlara əsasən, gələcək Fələstin dövlətinə maliyyə yardımı məqsədilə milyonlarla dollar məbləğində vəsait toplayacaqlarına ümid bəsləyir.

Paris konfransını açan prezident Nikola Sarkozi deyib ki, bu fondlar gələcəkdə mütərrəqi və müasir Fələstin dövlətinin yaradılmasına kömək edəcək. Onun sözlərinə görə, bu maliyyədən Həmasın nəzarəti altında olan Qəzzə zolağı da daxil olmaqla, bütün fələstin əraziləri bəhrələnəcək. Cənab Sarkozi sülh işində tərəfdaş olmaq üçün İsrail və fələstinlilərə xüsusi müraciət edib.

ABŞ Dövlət katibi Kondoliza Rays deyib ki, Paris konfransı Fələstin Muxtariyyətinin müflisləşmədən qurtarmaq üçün son ümididir. Xanım Rays bəyan edib ki, Fələstin hökuməti ağır büdcə böhranı keçirir. O, 90 ölkə və beynəlxalq təşkilatı tez bir zamanda yardım göstərməyə çağırıb.

Birləşmiş Ştatlar 2008-ci il üçün 555 milyon dollar ayırmağı, Avropa Birliyi isə gələn il 650 milyon dollar yardım göstəriləcəyini vəd edib.

ABŞ Dövlət katibi Rays konfrans çərçivəsində Fələsin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb.

XS
SM
MD
LG