Accessibility links

Rusiya qitələrarası raketi sınaqdan keçirib


Rusiya rəsmiləri bildirirlər ki, Barents Dənizindəki atom sualtı qayığı uğurla qitələrarası ballistik mərmini sınaqdan keçirib. Rusiya donanmasının məlumatına görə raket Tula adlı sualtı qayıdan atılıb və ölkənin uzaq şərqində yerləşən Kamçatka yarımadasındakı hədəfi vurub. Rusiya qəzetləri deyir ki, sualtı qayıq Sineva mərmiləri ilə silahlanıb. Təhlilçilər deyirlər ki, Sineva raketlərinin miqyası 8 min kilometrdir. Rusiyanın öz hərbini gücləndirdiyi bir vaxtda son zamanlar raket sınaqları adi hal alıb.
XS
SM
MD
LG