Müstəqil senator və Demokratlar patiyasından vitse-prezidentliyə sabiq namizəd Cozef Liberman respublikaçı senator Con Makkeynin prezidentliyə namizədliyinə dəstək verib. Liberman deyib ki, o, Arizona senatoruna Makkeynin hərbi karyerası, qanunvericilik təcrübəsi və ABŞ xarici siyasətində ümumi görüşlərə malik olduğuna görə dəstək verib. Həm Liberman, həm Makkeyn 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsini müdafiə etmişdilər və o vaxtdan müharibəni dəstəkləyirlər.
Liberman sabiq vitse-prezident Al Qorla 2000-ci prezident seçki kampaniyasında iştirak edirdi. Sonradan Konnektikut ştatından bu nüfuzlu senator İraq müharibəsinə görə Demokrat partiyasından uzaqlaşmış və indi xarici siyasət və milli təhlükəsizlik məsələlərində çox zaman Respublikaçılarla səs verərək, müstəqil siyasətçi kimi çıxış edir.