Accessibility links

Qırğızıstan məhkəməsi müxalifətin parlamentdə yer almasının qarşısını alan qanunu ləğv edib


Qırğızıstan Ali Məhkəməsi müxalifət partiyalarının ölkənin yeni parlamentində yer almasının qarşısını alan qanunu ləğv edib. Hakim Ak Jol partiyası seçkilərdən bir neçə gün əvvəl parlamentə düşmək üçün hər regionda partiyanın yarım faiz səs almasını tələb edən qanunu ləğv etmək üçün məhkəməyə müraciət etmişdi.

Ali Məhkəmnin bugünkü qərarı Qırğız prezidenti Kurmanbek Bakiyevin Ak Jol partiyasının bazar günü seçkilərində böyük səslə qalib gəlməsindən sonraya təsadüf edir. İlkin nəticələr göstərir ki, müxalif Ata Meken partiyası ikinci yerdə gəlir ki, bu da ona 90 yerlik parlamentdə yer ala biləcəyinə təminat vermir.

Müxalifət partiyaları bazar günü seçkilərində saxtakarlığın baş verdiyini deyirlər. ATƏT-dən gəlmiş seçki müşahidəçiləri Qırğızıstan seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bildirirlər. Təşkilatın açıqlamasına görə səsvermə şəffaf olmayıb və çoxlu sayda prosedur qaydaları pozuntularına yol verilib.

XS
SM
MD
LG