Accessibility links

Türk hərbi qüvvələri İraq ərazisinə daxil olub


İraq və kürd rəsmiləri bildirirlər ki, bu gün 300 türk əsgəri İraqın şimalına 3 km daxil olub. Toqquşmalar barədə ilkin heç bir məlumat verilməyib. Qeyd edək ki, Türkiyə İraqın şimalında PKK yaraqlılarına hücum edəcəyi haqda xəbərdarlıq etmişdi. İraqla sərhəddə 100 000 türk qoşunu yerləşdirilib. Türkiyə hökuməti yaraqlıları ölkənin cənubuna hücumlar təşkil etməkdə ittiham edir.

Bu gün Vaşinqton Post qəzetində Pentaqonun adı çəkilməyən rəsmisinə istinadən bildirilir ki, ABŞ Türkiyəni kəşfiyyat məlumatları ilə təchiz edir və bu da türklərə carı ayda kürd yaraqlılarının bazalarını hədəfə alan uğurlu əməliyyatlar keçirməsinə kömək edib.

XS
SM
MD
LG