ABŞ dövlət katibi Kondoliza Rays İraq liderlərinin milli barışığı sürətləndirməsinə təzyiq göstərmək məqsədilə ölkənin paytaxtı Bağdaddadır. Rays İraqa gözlənilməz səfərinə şimal şəhəri olan Kərkükdən başlayıb. O, orada siyasətçiləri neftlə zəngin şəhərdə 3 etnik qrup - sünni ərəblər, kürdlər və türkmənlər arasında gərginliyin azaldılması yardım etməyə çağırıb. Onun səfəri İraqda zorakılıqların azaldılması və ABŞ rəsmilərinin İraq liderlərini siyasi barışığa nail olmasına çağırması ilə eyni vaxtda həyata keçir. Kürd regional hökuməti Kərkükün gələcəyi ilə bağlı referendumu yubatmağı planlaşdırır. Dünən qanunvericilər demişdilər ki, səsvermənin konstitusiyada göstərilən vaxt - dekabrın 31-nə kimi keçirilməsi çətin olacaq. Kürdlər istəyir ki, şəhər onların muxtar regionuna daxil edilsin, ancaq qeyri-kürd sakinlər Kərkükün kürdlərin nəzarəti altına keçəcəyi təqdirdə şəhərdən çıxarılacaqlarından qorxurlar.