Accessibility links

Cənubi Koreyanın prezident seçkilərində biznes tərəfdarı qələbə çalıb


Cənubi Koreyanın prezident seçkilərində biznes tərəfdarı Li Myunq Bak böyük üstünlüklə qələbə çalıb. Linin əsas rəqibi liberal namizəd Çank Donq-Yonq bu gün keçirilən seçkilər başa çatdıqdan bir neçə saat sonra məğlubiyyətini qəbul edib. Səslərin 60%-nin nəticələrinə görə, Li 47, Çanqsa 26% səs toplayıb. Qələbəsinə inanan Li insanlara dəstəklərinə görə təşəkkürünü bildirib və dövlətin iqtisadiyyatını qarşıda duran böhrandan qoruyacağına söz verib. O, Hunday şirkətinin sabiq icraçı direktorudur və paytaxt Seulun meri olub. Seçkilərdə öndə getməsinə baxmayaraq, o, iqtisadi fırıldaqçılıqda günahlandırılır.
XS
SM
MD
LG