Accessibility links

İraqda həyata keçirilən intiharçı hücumu 14 nəfərin ölümünə səbəb olub


Iraq rəsmilərinin bildirdiyinə görə, Bağdadın şimalında həyata keçirilən intiharçı hücumu bir Amerika əsgəri də daxil edilməklə 14 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb oluib. Polis intiharçının kəmərinə bağlanmış bombanı Diyala vilayətinin Kənan şəhərində keşikçi postu yaxınlığında işə salındığını deyir. Polis eləcə də hücumun koalisiya qüvvələri ilə birlikdə İraqdakı Əl Qaidə qüvvələrinə qarşı mübarizə aparan sünni-ərəb qrupunu hədəf aldığını deyir.

ABŞ hərbi qüvvələrinin isə bildirir ki, dünən koalisiya qüvvələri Qurban bayramı münasibəti ilə xoşməramlı addım kimi 100 nəfəri həbsdən azad edib.

XS
SM
MD
LG