Accessibility links

Qırğızıstanın müxalifət partiyası parlamentdə yer almağa nail olmayıb


Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, ölkənin əsas müxalifət partiyası yenicə seçilən parlamentdə yer almağa nail olmayıb. Komissiya prezident Kurmanbek Bakiyevin Ak Jol partiyasının 90 yerli parlamentdə 71, Sosial-Demokrat partiyasının isə 11 yer əldə etdiyini bildirib. Qalan 8 yer isə kommunistlərin payına düşüb. Müxalif Ata Məkan partiyası ümummilli seçkilərdə cəmi 8 faiz səs toplayıb. Munimum səslərin əldə edilməsi üçün 1.5 faiz səs kifayət etməyib.

XS
SM
MD
LG