Accessibility links

ABŞ Nümayəndələr Palatası  hökumətin məsrəflərinə dair qanunu təsdiq edib


ABŞ Nümayəndələr Palatası 2008-ci il hökumətin məsrəflərinə dair qanunu təsdiq edib. Sənəd ABŞ Senatı tərəfindən dünən təsdiq edilmişdi. Buraya İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün nəzərdə tutulan 70 milyard dollarlıq vəsait də daxildir. 272 lehinə, 142 əleyhinə səslə təsdiq edilən 555 milyardlıq qanun sentyabr ayınadək onlarla hökumət agentliyi və onların müxtəlif proqramlarını maliyyələşdirəcək. İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün nəzərdə tutulan vəsait Senatda 70-25 səslə, demokratların etirazı olmadan təsdiq edilmişdi. Hazırda qanun büdcə ilinin başlanğıcından iki ay sonra prezidentə təqdim edilir.

XS
SM
MD
LG