Accessibility links

Qırğızıstan müxalifəti kiçik etiraz aksiyası keçirib


Qızğızıstanın müxalifət partiyası “Ata Məkan” paytaxt Bişkekdə kiçik etiraz aksiyası keçirib. Yürüş keçən həftə sonu keçirilən parlament seçkilərinin səslərinin hesablanması prosesinə etiraz edən nümayişlərin ikinci gününə təsadüf edib. Polis bir neçə etirazçını həbs edib. Müxalifət tərəfdarları rəsmiləri seçki nəticələrinə müdaxilə etməkdə günahlandarır. Ümummilli seçkilərdə 8 faiz səs toplamasına baxmayaraq, müxalifət parlamentdə heç bir yer əldə edə bilməyib. Buna səbəb isə partiyanın minimum səsi – bir regionda ən azı yarım faiz səs toplamaq qvotasını keçə bilməməsidir. Dünən seçkilərin nəticələri açıqlanandan sonra 15 nəfər müxalifət tərəfdarı Mərkəzi Seçki Komissiyasının qarşısında qısa müddətli mitinq keçiriblər.
XS
SM
MD
LG