Accessibility links

Pakistanda bomba partlayışı 50 nəfərin həyatına son qoyub


Pakistanın şimal qərbində yerləşən məsciddə intiharçının hücumu nəticəsində ən azı 50 nəfər həlak olub. Ehtimallara görə, hücum sabiq daxili işlər nazirini hədəf alıb. Keçmiş nazir Aftab Serpao xəsarət almasa da, onun oğlu və onlarla başqa insan yaralanıb. Pakistan prezidenti Pərviz Müşərrəf hücumu qınayaraq, təhlükəsizlik və kəşfiyyat agentliklərini hadisənin məsuliyyətini daşıyanların aşkar edilməsinə çağırıb. Şimal Qərb Sərhəd vilayətinin paytaxtı Peşəvər şəhəri yaxılığındakı məscid hadisə zamanı Qurban bayramı duaları edən müsəlmanlarla dolu idi. Bu hücum islamçı yaraqlıların kəskin tənqidçisi Serpaoya son 8 ayda ikinci sui-qəsd cəhdidir.
XS
SM
MD
LG