ABŞ-ın Beynəlxalq Atom Enerji Agentliyi üzrə nüfuzlu rəsmisi İranın 2003-cü ilə kimi gizli nüvə proqramını davam etdirdiyini etiraf etməli olduğunu deyib. Vyanada jurnalistlərə açıqlamasında Qreqori Şulte bildirib ki, ABŞ rəsmi Tehrandan məxfi nüvə proqramı ilə bağlı məlumat gözləyir. O, İranın 2003-cü ildə gizli nüvə proqramlarını dayandırdığı haqda məlumat verən ABŞ kəşfiyyatının son hesabatına istinadən danışıb. Hesabatda deyilir ki, rəsmi Tehran uranı zənginləşdirməyə davam edir və bu, onların 2010-201-ci illər arasında nüvə silahı əldə etməsi üçün kifayər edəcək.
Bu gün Vaşinqtonda ABŞ Dövlət katibi Kondaliza Rays Birləşmiş Ştatların İran rəsmiləri ilə danışıqlara hazır olduğu bildirib. Ancaq o, rəsmi Tehranın ilk növbədə BMT Təhlükəsizlik Şurası qərarını yerinə yetirməli və uranı zənginləşdirmə prosesini sona çatdırmalı olduğunu deyib.