Accessibility links

Britaniyanın sabiq baş naziri katolisizmi qəbul edib


Sabiq Böyük Britaniya baş naziri Toni Bleyer həyat yoldaşının və övladlarının dini olan katolisizmi qəbul edib. O, müntəzəm olaraq katolik kilsəsinə getdiyi səbəbindən artıq bir müddətdir ki, Bleyerin katolik dinini qəbul edəcəyi haqda söhbətlər dolaşırdı. Cənab Bleyer katolik dininə cümə günü mərasimi zamanı qəbul edilib. Bundan əvvəl o, İngiltərə Kilsəsinin üzvü – anqlikan idi. Bu ilin əvvəlində cənab Bleyer baş nazir vəzifəsindən istefa vermişdi.
XS
SM
MD
LG