Accessibility links

BMT Konqoda sülhməramlılarının sayını artırıb


Sülhməramlıların sayının artması fonunda BMT Təhlükəsizlik Şurası yaraqlılardan silahı yerə qoymağı və barışıq prosesinə başlamağı tələb edir. Şura həmçinin Konqo hökumətini sülh, təhlükəsizlik və inkişaf görüşləri keçirməyə çağırıb. Milli Ordu, sabiq general Laurent Nkundanın rəhbərliyi altındakı yaraqlı qüvvələr və müxtəlif silahlı qruplar arasında avqust ayından bəri Şimali və Cənubi Kivuda döyüşlər gedir. Son həftələrdə döyüşlər daha da intensivləşib və artıq neçənci dəfədir ki, Nkundanın qüvvələri milli ordunu məğlub edir.

BMT sülhməramlıları Konqoda mülki vətəndaşları qoruyur. Təşkilat rəsmilərinin sözlərinə görə, bu missiyasnı yerinə yetirmək üçün müharibə aparmaq vacib deyil. BMT-nin Şimali Kivudakı sülhməramlılarının sözçüsü Silvie Van Den VVildenberg məcburi köçkünləri müdafiə etmək üçün və münaqişənin həll olunması üçün səlahiyyətləri daxilində hər şeyi edəcəklərini deyir: “Biz Seyk, Qoma şəhərlərinin müdafiəsini təmin edəcəyik. Məcburi köçkünləri və köməksiz insanları da qoruyacağıq.”

Təhlüksəzlik Şurası həmçinin sülhməramlıları seksual zorakılıqla və uşaqların hərbi xidmətə cəlb olunması ilə də mübarizə aparmasına çağırıb. Konqo hökuməti dekabrın 27-də sülh sammiti keçirməyi planlaşdırır. Toplantıda yaraqlıların lideri Nkundanın da iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG