Accessibility links

Həbsdə olan Əl-Qaidə tərəfdarının məktubu dərc edilib


Həbsdə olan Əl-Qaidə tərəfdarı Belçikada terror təbili çalınan bir zaman ölkə mətbuatında məktubunu çap etdirib. O, məktubda həbsdən qaçıralacağı və Belçikada terror aktı törədəcəyi ilə bağlı ittihamları rədd edib. Tunisin sabiq peşəkar futbolçusu Nizar Trabelsinin məqaləsi gündəlik gəzetdə nəşr olunub. O, 2001-ci ildən Belçikada yerləşən NATO bazasını partlatmağı planlaşdırmaq ittihamı ilə 10 il azadlıqdan məhrum edilib. Polis cümə günü Trabelsini həbsdən qaçırmağı plaşlaşdıran 14 nəfəri həbs etmişdi. Ancaq tutarlı dəlil olmadığından onlar dünən azad ediliblər.

Cümə günü həbslər həyata keçirildikdən sonra aeroport, dəmiryol stansiyaları və digər ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG