Accessibility links

Rusiyanın xarici işlər naziri Liviya  prezidenti ilə görüş keçirib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tripolidə Liviya prezidenti Müəmmar Qəzzafi ilə görüş keçirib. Rəsmilərin mülki nüvə proqramları məsələsini müzakirə etdiyi bildirilir. Danışıqlar zamanı bir sıra- mədəniyyət, elm, iqtisadiyyat və investisiya sahələrini əhatə edən razılıqlar əldə edilməlidir. Nazir Lavrov müxbirlərlə söhbəti zamanı iki ölkə arasında xarici işlər nazirləri səviyyəsində məsləhətləşmələr barədə də razılıq əldə edildiyini bildirib. Uzun müddət terrorizmi dəstəklədiyinə görə Qərb və Amerikanın tənqidləri altında olan Liviya 2003-cü ildən bəri barışıq əldə edilməsinə çalışır. Qərb hökumətləri o vaxtdan bəri Liviyaya qarşı sanksiyaları ləğv etməyə başlayıb.

XS
SM
MD
LG