Accessibility links

Qırğızıstan prezidenti ölkəyə yeni baş nazir təyin etdi


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev baş nazir vəzifəsinə sabiq eneretika və sənaye naziri İqor Çudinovu təyin edib. Sosial-Demokrat partiyasının tərəfdarı sabiq baş nazir Almazbek Atambayev vəzfəsindən noyabr ayında kənarlaşdırılmışdı. Müxalifət bunu parlament seçkiləri öncəsi hökumətin qüdrətini möhkəmləndirmək cəhdi kimi qiymətləndirmişdi.

Xatırladaq ki, parlament seçkilərində Bakiyevin Ak Jol partoiyası 90 yerli parlamentdə 71 yer əldə etmişdi. Müxalifət liderləri seçkilər zamanı saxtakarlıqlara yol verildiyini, müşahidəçilər isə seçkilərin beynəlxalq standartlara uyğun olmadığını deyirlər.

XS
SM
MD
LG