ATƏT Qırğızıstandakı siyasi vəziyyətdən narahatlığını bildirib. Xüsusilə bu ay keçirilən parlament seçkilərindən sonra. Təşkilatın Bişkekdəki idarəsinin rəhbəri səfir Markus Mullerin bəyanatında nümayişlər zamanı polisin gücdən qeyri-mütənasib şəkildə istifadə etməsi və qanunsuz həbslərə görə narahatlıq bildirilir. Xatıraladaq ki, Qırğızıstanın müxalifət Ata Məkan partiyası dekabr ayının 16-sı seçkilərinin nəticələrinə etiraz olaraq keçən həftə yürüş təşkil etmişdi. Etiraz aksiyası bir neçə adamın nəzarət altına alınması ilə nəticələnmişdi. ATƏT seçkilərin beynəlxalq standarlara uyğun keçirilmədiyini bildirir.