Accessibility links

Benazir Bhuttonun dəfn mərasimində 100 minlərlə insan iştirak edib


Pakistanın qətlə yetirilmiş müxalifət üzvü, sabiq baş nazir Benəzir Bhuttonun dəfn mərasimində 100 minlərlə insan iştirak edib. Onun tabutunu çiyinlərinə alaraq son mənzilə aparmaq üçün insanlar küçələrdə sıraya düzülüblər. Xanım Bhutto cənub şəhəri olan Sindhdə ailəsinin dəfn olunduğu qəbiristanlıqda atasının məzarı yanında torpağa tapşırılıb. Qeyd edək ki, sabiq baş nazir 2008-ci il yanvarın 8-də keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyasının bir hissəsi kimi dünən Ravalpindidə siyasi yürüş keçirəndən sonra ona qarşı hazırlanan sui-qəsdin qurbanı olmuşdur. Pakistanın müvəqqəti baş naziri Məhəmmədmian Sumro seçkilərin vaxtını dəyişməklə bağlı hələlik hökumətin heç bir planının olmadığını dilə gətirib. Müxalifət lideri və sabiq baş nazir Nəvaz Şərif isə partiyasının seçkiləri baykot edəcəyini deyib.
XS
SM
MD
LG