Accessibility links

Çin və Yaponiyanın baş nazirləri Pekində görüşüblər


Yaponiya baş naziri Yasuo Fukuda və onun çinli həmkarı Ven Ciabao Çində görüşərək tarixən iki rəqib dövlət arasındakı münasibətləri müzakirə ediblər. Bu gün Pekində 2 saat yarımlıq görüşdə iki nazir ticarət, iqlim dəyişikliyi və dənizdə yerləşən mübahisəli qaz yataqları haqda danışıblar. 2004-cü ildən bəri sualtı qaz yataqları üzərində 11 raund danışıqlar nəticə verməyib. Keçmişdəki təcavüzü etiraf edərək cənab Fukuda Yaponiyanın mühairbə dövründəki tarixinə nəzərə salacağını bildirib. O, bu sözləri Çin televiziyası ilə canlı yayımlanan Pekin Universitetindəki çıxışı zamanı dilə gətirib. Tayvan məsələsinə gəldikdə cənab Ven Yaponiyanın adanın müstəqilliyinə qarşı çıxmasını alqışlayıb.
XS
SM
MD
LG