Çin sabiq vilayət qubernatoru Çen Deminqi maliyyə maziri kimi təsdiq edib. Milli Xalq Konqresinin rəyasət heyətinin saytında bildirilir ki, Çen Çinin cənub-qərbində Çonqinq metropolisində Kommunist Partiyası lideri vəzifəsinə təyinat alan Bo Xilaini əvəzləyəcək. Saytda deyilir ki, idarəçilik ixtisası üzrə doktorluq dərəcəsi olan Çen 2002-ci ildə Şanxan vilayətinə vitse-qubernator təyin olunmamışdan öncə, karyerasının əvvəlinin böyük bir hissəsini şərqi Çinin Çianqsu vilayətində keçirib. 2005-ci ildə isə o, vilayətin qubernatoru olmuşdu. Dövlət Departamenti və İslahat Komissiyası nazirinin müavini təyin ediləndən sonra cənab Cen, 2006-cı ildə Pekinə köçüb. 2007-ci ilin sonlarında isə Çen maliyyə nazirinin müavini olmuşdu.