Qırmızı Xaç Konqo Demokratik Respublikasının şərqində cərəyan edən döyüşlər nəticəsində didərgin düşmüş minlərlə adama yardım paylamağa başlayıb. Qırmızı Xaç Beynəlxalq Komitəsi deyir ki, təqribən 500 ailə son həftələrdə Cənubi Kivuya pənah aparıb. Qırmızı Xaç sözçüsü Anna Şaaf deyir ki, didərginlər Şimali Kivuda gedən döyüşləri tələsik tərk etməyə məcbur olublar. Şaafın sözlərinə görə, qadınlar və uşaqların tibbi yardıma ehtiyacı var. Avqustdan bəri Konqonun şərqində münaqişə 800 min mülki vətəndaşı didərgin salıb. Hökumət qüvvələri ilə qiyamçılar arasında döyüşlər indiyədək də davam edir.