Sabiq Sovet Prezidenti Mixail Qorbaçov deyir ki, BMT Təhlükəsizlik Şurasını adlayaraq Kosovonun taleyi haqda qərar verməklə, Qərb təhlükəli presedentin əsasını qoyur. Bu gün gündəlik Rus dövlət qəzeti olan Rossiyskaya Gazeta-da məqalə ilə çıxış edən Qorbaçov yazır ki, Qərbin Kosovonun müstəqilliyini tanıma məramı beynəlxalq qanun və beynəlxalq təhlükəsizlik üçün təhlükəli presedentə yol açır. Ötən həftə BMT Təhlükəsizlik Şurasının Qərbli üzvləri Kosovonun müstəqillik planı ilə bağlı danışıqların mənasız olduğunu bildirmişlər; belə ki, Şura üzvü olan Rusiyanı müxalif möqeyindən çəkindirmək mümkün olmayıb. Cənab Qorbaçovun sözlərinə görə, BMT danışıqlarını rədd etməklə Qərb dövlətləri Kosovo probleminin məsuliyyətini Avropa Birliyinə və NATO-ya ötürmüş olur.