Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan yanvarın 5-də keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkiləri hazırlıqlarındakı fırıldaqlara etiraz olaraq nümayiş keçirib. Dinc etiraz aksiyasını 9 müxalifət partiyasından ibarət koalisiya təşkil edib. Konservativlər partiyasının lideri Cvad Ciciquri fəalların rəsmilərin seçkilərə müdaxilə edəcəyi barədə məlumatı olduğunu dilə gətirib. Sabiq prezident Mixail Saakaşvili noyabrda keçirilən kütləvi nümayişlərdən sonra, növbədənkənar prezident seçkiləri təyin etmişdi. Müxalifət namizədləri hökuməti müxalif tərəfdarlara hədə qorxu gəlməkdə, müstəqil mətbuata təzyiq göstərməkdə və seçicilərin siyahısını manipulyasiya etməkdə ittiham edirlər. Gürcü rəsmilər isə demokratik və şəffaf seçkilərin keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirib.