Kenya prezidenti Mvai Kibaki ziddiyyətli prezident seçkilərinin qəalibi elan edilib. Cənab Kibaki ikinci müddətə prezident səlahiyyətlərinə bu gün başlayıb. Nayrobidə isə məğlub olmuş Rayla Odinqonun tərəfdarları iğtişaş qaldırıblar. Şahidlərin sözlərinə görə, nümayişçilər dükanlar və avtobusları yandırıblar. Andiçmə çıxışı zamanı prezident Kibaki kenyalıları birliyə çağırıb. Mərasimdən bir az əvvəl Kenya Seçki Komissiyasının sədri cənab Kibakinin 230 min səs üstünlüyü ilə Adinqoya qalib gəldiyini açıqlamışdı. Samuel Kivutu mətbuat konfransından sonra dövlət televiziyası ilə nəticələri oxuyub. Müxalifət isə prezidenti nəticələrə müdaxilə etməkdə günahlandırır.