Accessibility links

Türkmənistan İrana qaz ixracını dayandırıb


İran bildirir ki, qonşu Türkmənistan texniki problemləri səbəb göstərərək İranın şimalına təbii qaz ixracatını dayandırıb. İran Milli Qaz Şirkətinin sözçüsü şənbə günün qaz verilməsinin yarıya endirildiyini, bu gün isə təmamilə kəsildiyini deyib. Sözçü Abdulla Qənbərinin sözlərinə görə, Türkmənistan İranı hər gün 23 milyon kub metr qazla təmin edir. İranın "Fars" xəbər agentliyi ölkənin Yanacaq Nazirliyinin məlumatlı rəsmisinə istinadən bildirib ki, rəsmi texniki çətinliklərin qaz təchizatının kəsintisi üçün səbəb olmadığını iddia edir. Onun sözlərinə görə, qaz ixracının dayanması qiymətlərdəki ziddiyyətlərlə bağlı ola bilər. Türkmən rəsmilər buna şərh verməyib. Ancaq İran mətbuatının bildirdiyinə görə, ölkə nümayəndələri qiymətləri müzakirə etmək üçün keçən həftə Türkmənistan paytaxtı Aşqabada gedib.
XS
SM
MD
LG