Accessibility links

Pakistanda parlament seçkilərinin yeni tarixi sabah bəlli ola bilər


Pakistan Seçki Komissiyası gələn həftə keçirilməsi planlaşdırılan parlament seçkilərinin öz vaxtında keçirilməsinin qeyri-mümkün olduğunu bildirib. Seçki Komissiyasının baş katibi Qənvar Dilşad jurnalistlərə açıqlaması zamanı seçkilərin yeni tarixinin sabah siyasi partiyalarla danışıqlar aparılandan sonra açıqlanacağını deyib. Onun sözlərinə görə, artıq seçki rəsmiləri səsverməni gecikdirmək prinsipi üzərində razılığa gəliblər. Qətlə yetirilmiş müxalifət lideri Benəzir Bhuttonun partiyası və sabiq baş nazir Nəvaz Şərif seçkilərin planlaşdırıldığı vaxt – yanvarın 8-də keçirilməsini tələb edirlər. Cənab Şərif seçkilərin vaxtı dəyişdiriləcəyi halda hakimiyyəti küçə yürüşləri ilə hədələyir.
XS
SM
MD
LG