Accessibility links

Şri Lankada partlayış 4 nəfərin həyatına son qoyub


Şri Lanka polisinin bildirdiyinə görə, ölkənin paytaxtı Kolomboda yolkənarı bombanın partlaması nəticəsində 4 nəfər həlak olub. Ölənlərdən biri əsgər digər 3-ü isə mülki vətəndaş olub. Partlayış zamanı 11-i hərbçi olmaqla ən azı 24 adamın da yaralandığı bildirilir. Ordu sözçüsü hadisədə Tamil Pələngləri qruplaşmasını ittiham etsə də, grup, partlayışla əlaqəsinin olmadığını dilə gətirib. Şri Lankadakı ABŞ səfirliyi hücumu qınayaraq, hökumət və yaraqlı qruplaşmanı 25 illik münaqişəni sülh danışıqları vasitəsilə həll etməyə çağırıb.
XS
SM
MD
LG