Birləşmiş Ştatlar bu həftə Xartumda Amerika diplomatının qətlilə əlaqədar Sudana müstəntiqlərdən ibarət qrup göndərib. ABŞ dövlət Departamentinin sözçüsü Şon Makkormak Diplomatik Təhlükəsizlik və Federal Təhqiqat Bürosunun agentlərinin Sudana yola düşdüyünü bəyan edb. Makkormakın bildirdiyinə görə, Amerikanın regionda olan agentləri də Sudana getməyə hazırlaşırlar. ABŞ-ın Beynəlxalq İnkişaf üzrə agentlyii bildirir ki, beş güllə yarası alan 33 yaşlı Con Qranvil bir neçə saat sonra xəstəxənada keçinib. Onun 40 yaşlı sürücüsüə sudanlı Əbdel Rəhman Abbas atışma yerində ölüb. Sudan rəsmiləri Qranvilin ölümünə görə təssüflərini bildirərərk, hadisə ilə əlaqədar bir neçə şəxsi dindiriblər.