Accessibility links

Pakistan Xalqı Partiyası Bhuttonun ölümü ilə əlaqədar BMT-nin  təhqiqatını tələb edir


Pakistanın qətlə yetirilmiş müxalifət lideri Benəzir Bhuttonun partiyası Birləşmiş Millətlər Təşkilatının liderlərinin qətli ilə əlaqədar təhqiqat aparmasını tələb edir. Pakistanın Xalq Partiyasının rəsmiləri prezident Pərviz Müşərrəfin Britaniyanın Skotland Yardın Bhuttonun qətli ilə əlaqədar təhqiqata yardım təklifini rədd etmiş, yalnız BMT-nin təhqiqatının həqiqəti üzə çıxaracağını bildirmişdir.

Qeyd edək ki, Benəzir Bhuttonun qətli ilə bağlı hökumət onun güllə yarasından deyil, partlayış zamanı zərbədən başının maşının damına dəyərək öldüyü versiyasını irəli sürür.

XS
SM
MD
LG