Türkiyə rəsmiləri ölkənin cənub şərqində yerləşən Diyarbakır şəhərində baş vermiş patlayış nəticəsində beş adamın həlak olduğunu, 68 adamın isə yalandığını bildiriblər. Şahidlərin ifadələrinə görə, maşına yerləşdirilmiş bomba hərbi maşının şəhərin əsas küçələrindən birindən keçdiyi vaxt partlayıb. Yerli mətbuat yaralananların arasında tələbələrin də olduğunu bildirib. Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.