İranın xarici işlər naziri Mənuçehr Mottəki bir günlük rəsmi səfərlə Pakistandadır. İranın dövlət mərbuatı bildirib ki, nazir bu gün Pakistanın müvəqqəti xarici işlər naziri İnam Ül Haque ilə qarşılıqlı münasibətlər və regional məsələləri müzakirə edib. Buraya çoxmilyardlı Pakistan-İran-Hindistan qaz kəməri də daxildir. Mənuçehr Mottəkinin prezident Pərviz Mjşərrəf və baş nazir Məhəmmədmiyan Sumro ilə görüşü gözlənilir.