ABŞ prezidenti Corc Buşun gələn həftə Yaxın Şərqə 9 günlük səfəri başlayır. Bugünkü həftəlik radio müraciəti zamanı prezident Amerikanın İsrail və Fəlsətinin iki demokratik ölkə kimi dinc yanaşı yaşamasının təminat altına alınmasına dair öhdəliklərinə sadiq qaldığını deyib. Yaxın Şərq səfəri çərçivəsində prezident Buş Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Ehud Olmertlə görüşəcək. İsrail və İoran çayının qərb sahilini əhatə edəcək bu səfər ABŞ prezidenti Corc Buşun 2001-ci ildə hakimiyyət başına gəlməsindən sonra oraya ilk səfəri olacaq. Prezidentin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək.