Accessibility links

Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirilir


Bu gün Gürcüstanda prezident Mixail Saakaşvilinin kürsüsünə qayıdıb-qayıtmayacağını müəyyən edəcək seçkilər keçirilir. Müxalifət cənab Saakaşvilini növbədənkənar seçkiləri saxtalaşdırmaqda günahlandırır və nəticələrə etiraz etməklə hədələyir. Yüzlərlə beynəlxalq seçki müşahidəçisi səsverməni monitorinq edib. Qərbyönümlü prezident bugünkü seçkiləri noyabr ayında müxalifətin Tbilisidəki kütləvi etiraz aksiyalarından sonra təyin etmişdi. Daha sonra cənab Saakaşvili qanunun tələb etdiyi kimi istefa verib və yenidən prezidentlik üçün namizədliyini irəli sürmüşdü. Sabiq prezidentin 6 rəqibi arasında ən güclüsü Levan Qaçeçiladzedir. Onu noyabr nümayişlərində fəal iştirak edən 9 müxalif partiya dəstəkləyir.
XS
SM
MD
LG