Accessibility links

Gürcüstanda rəsmi nəticələr Mixail Saakaşvilinin yenidən prezident seçildiyini göstərir


Gürcüstan paytaxtı Tbilisidə Mixail Saakaşvilinin ikinci müddətə prezident seçildiyini göstərən nəticələrə etiraz etmək üçün minlərlə müxalifət üzvü nümayiş keçirib. Müxalifət dünənki seçkilərin saxtalaşdırıldığını və seçki kampaniyalarının ədalətli aparılmadığını iddia edir. Buna baxmayaraq, avropalı seçki müşahidəçiləri Gürcüstanda dünənki səsvermənin bir çox beynəlxalq standartlara cavab verdiyini bildirib. Rəsmi nəticələrə görə, cənab Saakaşvili 56 faiz səs toplayıb. Onun ən yaxın rəqibi Levan Qaçeçiladze isə 23 faiz səs əldə edib. "Exit-poll" prezident Saakaşvilinin 7 namizəd arasında 54 faizlə birinci, cənab Qaçeçiladzenin isə 28 faiz səs toplayaraq, 2-ci yerdə olduğunu göstərib. "Exit-poll"a əsasən, cənab Saakaşvili təkrar seçkilərin keçirilməməsi üçün səslərin yarısından çoxunu əldə edib.
XS
SM
MD
LG