Accessibility links

OPEK xam neft istehsalını artırmağı planlaşdırmır


OPEK-in prezidenti bu ilin ilk 3 ayında xam neft qiymətlərinin yuxarı səviyyədə qalacağını bildirib. Əlcəzairin neft naziri Çakib Xəlil yüksək neft qiymətlətinin Pakistandakı gərginlik, neftlə zəngin Nigeriyada zorakılıqlar və ABŞ-ın neft ehtiyatlarının azalması ilə əlaqədar olduğunu deyib. Onun sözlərinə görə, hazırda dünya bazarı kifayət qədər neft təchizatına malikdir və fevralın 1-də OPEK-in Vyanada keçiriləcək konfransına qədər xam neft istehsalının artırılması barədə heç bir qərar çıxarılmayacaq. Əlcəzairdə müxbirlərə açıqlama verən cənab Xəlil deyib ki, ABŞ-da tənəzzül OPEK-i istehsalı artırmaq barədə qərar verməsinə vadar etməyəcək.
XS
SM
MD
LG