Accessibility links

Bağdadın şimal bölgəsində iki kamikadze hücumu həyata keçirilib


Bu gün Bağdadın şimal bölgəsində həyata keçirilən iki kamikadze hücumu nəticəsində 14 adam həlak olub, 20 nəfər yaralanıb. Şahidlər və rəsmilərin dediyinə görə, hücumçulardan biri özünü sünnilərin Ədhamiyə məscidi yaxınlığında partlatmışdır. Bundan az sonra isə maşına yerləşdirilmiş bomba işə salınmışdı. Hücum zamanı Amerikanın dəstəklədiyi sünni qrupunun üzvü öldürülmüşdür. Xatırladaq ki, sünnilərin təşkil etdiyi “Oyanış şurası” Əl-Qaidə yaraqlılarına qarşı mübarəzidə koalisya qüvvələrinə qoşulub.

XS
SM
MD
LG