Accessibility links

Sabah ABŞ prezidentliyinə namizədlərin ilkin seçkiləri keçiriləcək


Sabah ABŞ prezidentliyinə namizədlərin Nyu Həmpşir ştatında ilkin seçkiləri keçiriləcək. Rəy sorğularına əsasən İllinoisdən demokrat senator Barak Obama 39 faiz səslə öndə gedir. Nyu York Senatoru Hillari Klinton isə 29 faiz səs əldə edib. Respublikaçılar arasında Arizona senatoru Con Makkeyn 32 faiz səslə birinci, Massaçusets ştatının sabiq qurbernatoru Mitt Romni 26 fazi səslə ikinci yerdədir.

XS
SM
MD
LG