Accessibility links

Nyu Hempşir ABŞ prezident seçkilərinin mühüm mərhələsi olan ilkin seçkilərdə səs verir


Amerikanın şimal-qərb Nyu Hempşir ştatında seçicilər bu gün ABŞ prezident seçki prosesində birinci olaraq ilkin seçkilərdə demokrat və respublikaçı namizədlərə səs verirlər. Səsvermədən öncə açıqlanmış rəy sorğuları respublikaçılar arasında senator Con Makkeynin Massaçusets ştatının keçmiş qubernatoru Mit Romnidən bir qədər irəlidə olduğunu göstərir. Arizona ştatından senator öz tərəfdarlarına deyib ki, o, radikal islama qarşı mübarizədə ən yaxşı namizəddir. Keçən həftə Ayova kokusunda qələbə çalmış Arizona ştatının keçmiş qubernatoru Mayk Hakabi praymarizdən öncə rəsy sorğularına görə üçüncü yerdədir. Rəy sorğuları göstərir ki, demokrat namizədlər arasında İllinoys ştatından senator Barak Obama Nyu York ştatından senator Hilari Klinton və partiyasından digər namizədlər arasında irəlidədir.
XS
SM
MD
LG