Nyu York ştatından senatoru Hillari Klinton Nyu Hempşir ştatında keçirilən ilkin prezident seçkilərində demokratlar arasında qələbə əldə edib. Xanım Klinton cüzi fərqlə qələbəsi onun Ayova ştatında təşkil edilən kokusda üçüncü yer tutumasından sonra əldə edib. Nyu York senatoru qələbəsindən sonra etdiyi çıxışı zamanı Amerikaya Nyu Hempşirin ona verdiyi geri dönüş şansı verəcəyini deyib. Demokratlar arasında ikinci yerdə gedən Barak Obama sabiq birinci xanım Klintonu təbrik etdikdən sonra dəyişiklik sorağında olan milyonlarla insanı təmsil edən kampaniyasının davam etdiriləcəyini deyib.
Respublikaçılar arasında isə Arizona ştatından senator Con Makkeyn birincilik qazanıb. Ötən il kampaniyası demək olar ki, məğlubiyyətə uğrayan Makkeyn respublikaçı rəqibi, Massaçusset ştatının sabiq qubernatoru Mitt Romnini arxada qoyub.