Accessibility links

Türkiyə prezidenti Abdulla Gülün ABŞ səfərində terrorizmlə mübarizə məsələsi əsaslı yer tutub


Vidro Vilson Araşdırma Mərkəzindəki çıxışında Abdulla Gül PKK ilə heç bir siyasi çözümün mümkün olmadığını və səfəri zamanı ümumiyyətlə belə bir variantın müzkirəyə çıxarılmadığını demişdi.

Abdulla Gül səfəri vaxdı ABŞ tərəfiylə terrorimzlə mübarizə məsələsinin müxətlif cəhətlərinin müzakirə edildiyini bildirdi. O Türkiyənin PKK ilə mübarizədə qərarlı olduğunu bir daha vurğuladı. Türkiyə lideri çıxışı zamanı regional məsələlərə də toxundu.

O, İranın nüvə silahı ilə bağlı qarşıdurmanın siyasi yolla həll edilməsinin vacibliyini vurğulasa da, nüvə silahlarının regionda yayılmasının qəti əleyhinə olduğudunu bildiridi.

Türkiyə prezidenti Abdulla Gülün ABŞ prezidenti Corc Buşla görüşündə terrorizmlə mübarizə Türkiyənin İraqın Şimal bölgəsində PKK yaraqlılarına qarşı əməliyyatları kimi məsələlər müzakirə edilmişdi. Görüşdən sonra keçirilən mətbuat konfransında prezident Buş PKK-nın Amerikanın da düşməni olduğunu demişdi.

XS
SM
MD
LG