BMT-nin Qaçqınlar agentliyi bildirir ki, zorakılıqlar nəticəsində evlərindən didərgin düşmüş iraqlılara yardım məqsədilə 261 milyon dollara ehtiyac var. Agentliyin rəhbəri bu gün İraq daxilində yerlərindən didərgin düşmüş iki milyondan artıq insan və qonşu ölkələrə qaçmış daha iki milyon insana yardım məqsədilə fond ayrılması üçün müraciət edib. ABŞ-ın İraqda bərpa işləri üzrə qrupu prezident Buşu yardım məsələlərinə dair vəziyyətlə məlumatlandırıb. İraqla video konfrans zamanı komandirlər deyib ki, son il İraqda bərpa qruplarının sayı ikiqat artıb.